525.Az

"Avropa stadionlarından da sosiska iyi gəlir" - Qurban Qurbanov


 

"Avropa stadionlarından da sosiska iyi gəlir" - <b style="color:red"> Qurban Qurbanov</b>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan "Ferentsvaroş"unun futbolçusu Endre Botkanın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna kabab iyi və tüstüsünün gəlməsi barədə fikirlərinə münasibət bildirib.

525.az xəbər verir ki, o, Premyer Liqamızın 1-ci turunda "Səbail"l matçdan (3:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: 

"Bilmirəm, Botka bunu hansı mənada deyib. Hava hamımız üçün eynidir. Əksinə, sərin havada oynanılan məşq daha rahat oynanılır. Qaldı ki, onların burnuna Azərbaycan kababının iyinin gəlməsinə sevinirəm. Bizdə kabab iyi gəlirsə, Avropa stadionlarından da sosiska iyi gələ bilər. Biz hamımız azərbaycanlıyıq. Hər bir xalqın öz adət-ənənəsi var. Ümumiyyətlə, əcnəbilər həmişə Azərbaycanda kababdan danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?".

 





06.08.2022    çap et  çap et