525.Az

Qədim Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapılıb


 

Qədim Misirin Günəş tanrısı Ra məbədinin qalıqları tapılıb<b style="color:red"></b>

Misirdə beynəlxalq alimlər qrupu qazıntılar zamanı Günəş tanrısı Ranın qədim məbədinin xarabalıqlarını tapıblar.

525.az xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.

Məbəd Qahirədən təxminən 20 kilometr məsafədə, Əbu Qurab məbədi kompleksinin yanında aşkarlanıb. İlkin qiymətləndirmə tarixi obyektin təxmini yaşının 4 500 min ildən çox olduğunu ortaya qoyub. Məbədin inşası beşinci sülalə dövründə (e.ə. 2465-2323-cü illər), Ra kultunun populyarlığının zirvəsində baş verib.

Mütəxəssislər hesab edirlər ki, məbəd yeri itirilən dörd Günəş məbədindən biri ola bilər.

 





07.08.2022    çap et  çap et