525.Az

Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək


 

Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək<b style="color:red"></b>

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.

525.az-ın məlumatına görə, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Hindistan-2 - Azərbaycan

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov

Nixal Sarin - Rauf Məmmədov

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli

Raunak Sadvani - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa

Gövhər Beydullayeva - Turmunk Munheul

Gülnar Məmmədova - Bat-Erdene Munquneul

Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.

 





07.08.2022    çap et  çap et