525.Az

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib -


 

Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib - <b style="color:red"></b>

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil edilib, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 





07.08.2022    çap et  çap et