525.Az

ATƏT-in Baş katibi Türkiyədə səfər edir


 

ATƏT-in Baş katibi Türkiyədə səfər edir<b style="color:red"></b>


Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helga Şmid 7-9 avqust tarixlərində Türkiyəyə səfər edəcək.

525.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Şmid Ankarada baş tutacaq Səfirlər Konfransında çıxış edəcək.

Bundan əlavə, o Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də ikitərəfli görüş keçirəcək. Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə ediləcəyi nəzərdə tutulur.

 





07.08.2022    çap et  çap et