525.Az

Ordumuzun sərhəddə Ermənistan hərbçisini yaralaması barədə məlumat yalandır


 

Ordumuzun sərhəddə Ermənistan hərbçisini yaralaması barədə məlumat yalandır<b style="color:red"></b>


Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

 





07.08.2022    çap et  çap et