525.Az

Yaponiyada istilərə görə minlərlə insan xəstəxanaya yerləşdirilib


 

Yaponiyada istilərə görə minlərlə insan xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Yaponiyada davam edən anomal istilər səbəbindən 7 mindən çox insan xəstəxanaya yerləşdirilib. Yaponiya Meteorologiya Agentliyi (JMA) həddindən artıq istilərin gələn həftəyə qədər davam edəcəyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın müxtəlif bölgələrində mövsümi normalardan yüksək temperatur minlərlə insanı xəstəxanalıq edib. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin Yanğın və Fəlakətlərin İdarə olunması Agentliyinin məlumatlarına görə, iyulun 25-dən 31-dək isti vurması səbəbindən 7 min 116 nəfər xəstəxanaya yerləşdirilib. Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilənlərin sayı 3077 nəfər artıb. JMA yüksək temperaturun gələn həftəyə qədər davam edəcəyini bildirərək, əhaliyə xəbərdarlıq edib. Digər tərəfdən, dünən termometrlərin 39,5 dərəcə göstərdiyi ölkənin Kanto Koşin və Tokay bölgələrində maksimal temperaturun bu gün 38 dərəcə və ya daha yüksək olacağı açıqlanıb. İnsanlara bacardıqca açıq havada olmamağı tövsiyə edilib: "Kondisionerdən istifadə edin və lazım olduqca bol su istehlak edin".

Qeyd edək ki, dünyanın bir çox yerlərində istilər sürətlə artıb və bu, meşə yanğınlarına, heyvanların və yerüstü təbii sərvətlərin məhvinə səbəb olur.

Məhəmməd Tağıyev

 





07.08.2022    çap et  çap et