https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Azərbaycan Ağır Atletika Federasiyanın rəhbərliyi idmançılarla görüşüb

Azərbaycan Ağır Atletika Federasiyanın rəhbərliyi idmançılarla görüşüb

Azərbaycan Ağır Atletika Federasiyanın (AAAF) rəhbər şəxsləri beynəlxalq yarışlara yollanacaq yığma komandaların üzvləri – idmançılar və məşqçilər, texniki rəsmilər ilə görüş keçiriblər.

AAAF-dan 525.az-a verilən məlumata görə, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə qurumun İdarə Heyətinin üzvləri iştirak ediblər.

9 - 18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında, həmçinin 10 - 18 avqustda Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr arasinda Avropa çempionatında çıxış edəcək atletlərə federasiya prezidentinin tapşırıqları çatdırılıb, yarışlarda uğurlar arzulanıb.ə

Qeyd olunub ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı nümayiş etdirilir, federasiya da bu siyasətin davamı olaraq atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, onları diqqət mərkəzində saxlayır və bu prosesi bundan sonra da davam etdirmək niyyətindədir.

İdmançılar və məşqçilər də görüşə görə təşəkkür edib, bunun komandaların mənəvi ruhunun yüksəldilməsi baxımından böyük rol oynadığını, eyni zamanda, yığmaların inkişafı, beynəlxalq arenada uğurlu çıxışlar göstərilməsi üçün bütün lazımi imkanların yaradıldığını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.