525.Az

"Ferentsvaroş"un prezidentindən "Qarabağ"la oyun haqda paylaşım


 

"Ferentsvaroş"un prezidentindən "Qarabağ"la oyun haqda paylaşım<b style="color:red"></b>

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un prezidenti Qabor Kubatov İnstaqram hesabında paylaşım edib.

525.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri "Qarabağ"la cavab görüşü öncəsi futbolçularına səslənib:

"Yaşıl qartallar uçmaq zamanıdır. Çərşənbə axşamı saat 20:00-da “Ferentsvaroş” – “Qarabağ” matçı var. İrəli uşaqlar, mübarizə aparıb, davam etmək zamanıdır".

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər arasında avqustun 9-da Budapeştdə keçiriləcək ikinci görüş Bakı vaxtilə 22:00-da başlayacaq.

 





07.08.2022    çap et  çap et