525.Az

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib - Yenilənib


 

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib - <b style="color:red"> Yenilənib</b>

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları baş tutub.

TƏBİB-dən 525.az-a verilən xəbərə görə, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.

***

Azərbaycanda Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir.

525.az xəbər verir ki, Aşura günü qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Aşura günüdür. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 8-nə təsadüf edib.

 





08.08.2022    çap et  çap et