525.Az

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub


 

Avropa çempionatında yarışacaq Azərbaycan ağırlıqqaldıranları bəlli olub<b style="color:red"></b>

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından 525.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oqtay Muxtarovun rəhbərliyi altında Azərbaycanın 5 idmançısı qatılacaq. Onlar aşağıdakılardır:

U-15

Qızlar: Zəhra Niftəliyeva (71 kq)

Oğlanlar: Turan Əliyev (61 kq)

U-17

Qızlar: Rahilə Hüseynzadə (81 kq)

Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq)

 





08.08.2022    çap et  çap et