525.Az

Cənubi Qafqazda normallaşma prosesində səmimiyik


 

Cənubi Qafqazda normallaşma prosesində səmimiyik<b style="color:red"></b>

Cənubi Qafqazda normallaşma və yaxın qonşuluq əlaqələrinin təsiri məsələsində səmimiyik.

525.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtlərdən bölgədə davamlı sülhün bərqərar olmasına çalışırlar: “Ermənistanla qarşılıqlı olaraq təyin etdiyimiz xüsusi nümayəndələrimiz görüşlərinə davam edirlər. Bunu Azərbaycan və Ermənistan arasındakı proseslərdən və əsas məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq səylərimizdən ayrı düşünmürük. Son günlərdə bölgədə yaşanan gərginlik atəşkəsin nə qədər həssas olduğunu bir daha göstərdi. Əlbəttə bu müddət ərzində can Azərbaycanımızla həmrəyliyimiz güclənəcək”.

 





08.08.2022    çap et  çap et