525.Az

61 bağça müdiri işdən çıxarılıb


 

61 bağça müdiri işdən çıxarılıb<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

 





08.08.2022    çap et  çap et