525.Az

İntiqam Əliyev məhkəmədə Türkiyə Daxili İşlər Nazirliyini uddu


 

İntiqam Əliyev məhkəmədə Türkiyə Daxili İşlər Nazirliyini uddu<b style="color:red"></b>

Vəkil İntiqam Əliyevin İstanbulun Atatürk Hava Limanında ona qarşı zorakılığa yol vermiş polislərə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, məhkəmə İ. Əliyevin iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən Türkiyə Daxili İşlər Nazirliyi İ. Əliyevə mənəvi ziyana görə 7 min 500 lirə, maddi ziyana görə 600 lirə təzminat ödəyəcək.
 
Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. Atatürk Hava Limanında İ. Əliyevlə polislər arasında mübahisə yaranıb. İ. Əliyevin polis məmuruna “oğlan” deməsini qarşı tərəf yanlış anlayıb. Bundan sonra İ. Əliyev saxlanılaraq bir otaqda 3 dəqiqə 38 saniyə döyülüb. İ. Əliyev “oğlan” sözünün Azərbaycan türkcəsində “kişi, adam” mənasına gəldiyini və təhqir olmadığını söyləsə də, Türkiyəyə girişinə 1 il qadağa qoyulub və o, deportasiya edilib.

 





09.06.2014    çap et  çap et