525.Az

Qvatemala XİN Azərbaycan səfirliyinə qarşı hücumu pisləyib


 

Qvatemala XİN Azərbaycan səfirliyinə qarşı hücumu pisləyib<b style="color:red"></b>

Qvatemalanın Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı hücumu pisləyib.

525.az-ın xəbərinə görə, bu barədə nazirliyin Tvitter hesabında məlumat verilib.

Bildirilib ki, Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Nazirlik təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyir.

 





09.08.2022    çap et  çap et