525.Az

“YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib - Foto


 

“YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib - <b style="color:red">Foto</b>

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib.

525.az xəbər verir ki, bu həftə düşərgəyə  Bakı, Yevlax, Ağstafa, Tovuz, Gədəbəy, Zaqatala, Şabran, Tərtər, Beyləqan, Ağdam, Sabirabad, Bərdə, Biləsuvar, Füzuli, Şəki, Qax, Saatlıdan 12-14 yaş aralığında 46 uşaq qatılıb.

İlkin olaraq açılış mərasimi keçirilib, iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib.

Sonra uşaqlar arasında tanışlıq əlaqələrinin qurulması məqsədilə psixoloqlar tərəfindən qrup oyunları təşkil olunub.

Günə stolüstü idman oyunları ilə yekun vurulub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi

 





09.08.2022    çap et  çap et