525.Az

Xalq yazıçısı Anar qurultayla bağlı açıqlama verib


 

Xalq yazıçısı Anar qurultayla bağlı  açıqlama verib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb.

AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb.

"Hazırlıqlar yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olacağam. Əgər uyğun şərait varsa, qurultay orada keçiriləcək", - Anar vurğulayıb.

Xalq yazıçısı qurultayın tarixinə də toxunub.

"Qurultayı isə sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq", - Anar qeyd edib.

 





09.08.2022    çap et  çap et