525.Az

"İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb


 

"İstiqlal şairi Əhməd Cavad" adlı  elektron məlumat bazası hazırlanıb<b style="color:red"></b>

Əhməd Cavadın 130 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazası "Rəsmi sənədlər", "Həyat və fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında", "Əsərləri", "Haqqında", "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya", "Videoqalereya" bölmələrindən ibarətdir.

Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Azərbaycan və ana mövzusu ilk dəfə Ə.Cavadın şəxsində işlənib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər Milli Kitabxananın saytına daxil ola bilərlər.

 





09.08.2022    çap et  çap et