525.Az

Azərbaycanlı violin ifaçısı İsveçrədə opera festivalında orkestrin konsertmeysteri seçilib


 

Azərbaycanlı violin ifaçısı İsveçrədə opera festivalında orkestrin  konsertmeysteri seçilib<b style="color:red"></b>

İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərində yerləşən qədim amfiteatrda təşkil edilən 5 konsert proqramından ibarət opera festivalının "L'Opera Du Rhöne" adlı layihəsinin orkestr konsertmeysteri seçilib.

AZƏRTAC xəbər verir ki, keçirilən opera festivalının konsertlərindən biri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Avqustun 10, 13, 17 və 20-də isə növbəti konsert proqramları təqdim olunacaq.

Layihədə dünyaşöhrətli vokal ifaçıları və opera teatrlarının aparıcı solistləri Brigitte Torney, Delphine Gillot, Marc Mazuir, Jeremie Schütz və dirijor Sebastian Bagnoud iştirak edirlər.

Qeyd edək ki, bütün konsertlərə biletlər artıq satılıb.

 





09.08.2022    çap et  çap et