525.Az

563 nəfər COVİD-19-a yoluxub


 

 563 nəfər COVİD-19-a yoluxub<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

 





09.08.2022    çap et  çap et