525.Az

"Qarabağ"ın "Ferentvaroş"u keçməklə avrokuboklarda qazandığı üstünlüklər


 

"Qarabağ"ın "Ferentvaroş"u keçməklə avrokuboklarda qazandığı üstünlüklər<b style="color:red"></b>

Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ” avrokuboklarda üstünlük əldə edib.

525.az xəbər verir ki, Ağdam klubu ən azı Avropa Liqasının qrupunu və həmin turnirin mükafatı kimi  3,63 milyon avronu avtomatik olaraq təmin edib.

Həmçinin, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsində bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in pley-offunda "Viktoriya" (Çexiya) qarşılaşacaq. 

“Qarabağ” pley-offda uduzacağı halda belə, Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Yəni, "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edəcək.

 





10.08.2022    çap et  çap et