Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalı qazanıb.
525.az-ın məlumatına görə, qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlməklə, ən azı "bürünc"ü təmin edib.
67 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Feruza Yergeşova qalib gəlib.
***
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları növbəti medalı qazanıb.
525.az-ın məlumatına görə, taekvondoçu Patimat Abakarova (49 kq) nigeriyalı Farida Saumana qalib gəlməklə yarımfinala yüksəlib.
Bununla da o, minimum bürünc mükafat qazanmağı təmin edib.
Qeyd edək ki, Azərbaycan yarışın ilk 5 günü ərzində 3 medal qazanıb. Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopelyo (atletika, üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) bürünc medala sahib çıxıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında 9-cu yerdədir.