525.Az

“Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”


 

“Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”<b style="color:red"></b>

 

Zəngilan rayonunda salınmış “ağıllı kənd”də - Ağalıda həyat öz məcrasına düşür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər burada onlar üçün yaradılmış şəraitdən məmnundurlar.

525.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağalı kəndindən hazırladığı növbəti videoçarx Mirzəyevlər ailəsinə həsr olunub.

İyulun 19-da Bakıdan ilk köç karvanı ilə daimi məskunlaşmaq üçün kəndə gəlmiş Mirzəyevlər ailəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.

“Dədə babalarımızdan bizə miras qalan bu torpaqların sahibiyik,” -  deyən Minə Mirzəyeva əmindir ki, yaxın gələcəkdə Ağalı sakinləri doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəklər.

Xatırladaq ki, “ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində ilkin mərhələdə inşa edilən 200 evdən 41-i yerli sakinlərin ixtiyarına verilib. Doğma yurda qayıdış yaxın günlərdə davam etdiriləcək.

 

https://www.youtube.com/watch?v=phrDWOfiSuA

 

 





10.08.2022    çap et  çap et