525.Az

Mask 7 milyard dollarlıq Tesla səhmlərini satdı


 

Mask 7 milyard dollarlıq Tesla səhmlərini satdı<b style="color:red"></b>

Milyarder iş adamı İlon Mask sahibi olduğu Teslanın 7 milyard dollarlıq səhmini satıb.

525.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan İlon Mask Teslada böyük pay satışına imza atıb. “Twitter”i alacağı və daha sonra satınalma müqavilələri bağlayacağı ilə bağlı açıqlamalarla gündəmə gələn İlon Mask, ABŞ-nin kapital bazarı qurumu SEC-ə açıqlama verib.  O, 5-9 avqust tarixləri arasında 7,92 milyon dollarlıq Tesla səhmini satıb. Lakin Mask hələ də 115,04 milyon Tesla səhminə sahibdir.

Qeyd edək ki, keçən il İlon Mask cəmi 32 milyard dollarlıq səhmlərini satıb.Onun aprel ayında 8,5 milyard dollarlıq səhm satışından sonra daha səhm satmağı planlaşdırmadığı deyilirdi.  Lakin Maskın bu vədinə əməl edə bilmədiyi bildirilib.

Əntiqə Kərimzadə

 





10.08.2022    çap et  çap et