525.Az

ziyarətçilərini gözləyir


 

ziyarətçilərini gözləyir<b style="color:red"></b>

"Daxili gurultu" adlı duet sərgisi

"Artım" layihə məkanında açılan iki gənc rəssamın "Daxili gurultu" adlı duet sərgisi ziyarətçilərini gözləyir.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri nümayiş olunur.

Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.

Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

 





10.08.2022    çap et  çap et