525.Az

İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb


 

İşğaldan azad edilmiş ərazilərdə  42 abidə pasportlaşdırılıb<b style="color:red"></b>

İşğaldan azad edilmiş ərazilərimizdə 42 abidə (Şuşa üzrə 30) pasportlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, dəymiş zərərin qiymətləndirilməsi üçün abidələrin sənədləşdirilməsi xüsusi önəm daşıyır.

"Pasportlaşdırılan 42 abidə (30 pasport Şuşa üzrə) və 10 mühafizə zonası işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrə aiddir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında" 2021-ci il 24 avqust tarixli Qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi monitorinqlər zamanı toplanılan məlumatlar əsasında daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq təsnifata uyğun olaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

 





10.08.2022    çap et  çap et