525.Az

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub


 

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa olunub<b style="color:red"></b>

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanından 525.az-a verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

 





11.08.2022    çap et  çap et