525.Az

“Sönməz Məşəl” BMT-nin İqtisadi və Sosial Şurasına üzv qəbul edilib


 

“Sönməz Məşəl” BMT-nin İqtisadi və Sosial Şurasına üzv qəbul edilib <b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Briliyi məşvərətçi statusla BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv qəbul edilib.

Bu barədə 525.az-a ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, belə bir quruma üzv olmaq mədəniyyətimizin təbliği sahəsində “Sönməz Məşəl”in uzun illərdən bəri göstərdiyi fəaliyyətə verilən yüksək qiymətdir.

Qeyd edək ki, BMT-nin ECOSOC kimi tanınan İqtisadi və Sosial Şurası beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirə olunduğu mərkəzi forumdur. Hazırda dünyanın 1600-dən çox qeyri-hökumət təşkilatı bu qurumun işində məşvərətçi səslə içştirak edir, bütövlükdə BMT-nin fəaliyyətinə yardımçı olur. Belə bir quruma Azərbaycan QHT-lərinin də qoşulması maraqlı və təqdirəlayiqdir.

Ş.Nağıyeva bildirib ki, bu fəaliyyət əslində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin statusuna və missiyasına tamamilə uyğundur. Belə ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan ictimai birliyin əsas missiyası ayrı-ayrı xalqlara məxsus mədəni dəyərlərin qarşılıqlı öyrənilməsi və təbliği vasitəsi ilə müxtəlif xalqlar və millətlər arasında mədəni əlaqələr yaratmaq və onların qarşılıqlı anlaşmasına yardımçı olmaqdır. İctimai birlik  ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmağa, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada təbliğ edilməsinə xüsusi diqqət ayırır.

İndiyədək ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan, Lüksemburq, Birləşmiş Ərəb Əmirliyi,Polşa və başqa ölkələrdə Azərbaycanın gənc rəssmlarının əsərlərindən ibarət sərgilərin təşkili məhz bu məqəsədə xidmət edib. Nəzərə alsaq ki, bütün bu sərgi və təqdimatların əsas mövzusu Qarabağ, Qarabağ həqiqətlərinin yayılması olub, onda ictimai birliyin fəaliyyətinin masşatabını daha aydın təsəvvür etmək olar.

“Sönməz Məşəl” ictimai birliyinin BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-nun dəstəyi ilə həyata keçirdiyi layihələr də Azərbaycan mədəniyyətinin və ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılması məqsədinə xidmət edib. Söhbət gənc qadın yazarlarımızın əsərlərinin ingilis dilinə tərcüməsindən və nəşrindən, habelə beynəlxalq jurnallarda dərc edilməsindən gedir.

Ş.Nağıyeva onu da deyib ki, belə qlobal istiqamətlərdə fəaliyyətmizin BMT-nin həyata keçirdiyi missiyaya uyğunluğunu nəzərə alaraq, bu quruma üzv olmaq, əlaqələrimizi daha da genişləndirmək qərarına gəldik. BMT ilə uzunmüddətli yazışmalar, görülən işlər barədə təqdim etdiyimiz sənədlər, eləcə də həmin qurumun çoxsaylı suallarına veridiymiz cavablar sonda ECOSOC-a üzv qəbul olunmağımıza gətirib çıxardı.

O, ümid etdiyini bildirib ki, bundan sonra daha böyük və qlobal layihələrə qoşula biləcək, Azərbaycan həqiqətlərinin daha geniş arenada yayılmasına nail olmağa çalışacağıq.

 





11.08.2022    çap et  çap et