525.Az

Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb


 

Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb<b style="color:red"></b>

Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.

525.az-ın məlumatına görə, 2-ci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.

Kişilərin yarışında norveçli dünya çempionu Maqnus Karlsen 1-ci lövhədə yalnız bürünc medal qazanmaqla kifayətlənib.

Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub. Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.

 





11.08.2022    çap et  çap et