525.Az

Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib


 

Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib<b style="color:red"></b>

Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.

525.az xəbər verir ki, təmsilçimiz Minayə Əkbərova (46 kq) rəqiblərini məğlub edərək yarımfinala adlayıb. O, bununla özünə minimum bürünc medalı təmin edib. İdmançı bu gün final uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

 





11.08.2022    çap et  çap et