525.Az

Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub


 

Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub<b style="color:red"></b>

Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyinat olub.

525.az APA-ya istinadən xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.

Rəşad Yusifov təyinata görə təşəkkürünü bildirib, ona göstərilən etimadı doğruldacağına söz verib.

 





11.08.2022    çap et  çap et