525.Az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib


 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib<b style="color:red"></b>

Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

"Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.

 





11.08.2022    çap et  çap et