525.Az

"McDonald's" yenidən Ukraynaya qayıdır


 

"McDonald' width=234 hspace=5 vspace=5 border=1 align=left />

ABŞ-nin "fast-food" restoranlar şəbəkəsi McDonald's Rusiyanın hücumundan sonra Ukraynadakı bəzi restoranlarını bağlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada vurğulanıb ki, Ukraynada xalqa dəstək onların bir nömrəli prioriteti olaraq qalır. Açıqlamada deyilir: 

“Ukraynalı hakimiyyət orqanları, təchizatçılar və təhlükəsizlik ekspertləri ilə geniş məsləhətləşmələr  apardıq. Müzakirələrdən sonra biz işçilərimizin geri qayıtmaq tələbini nəzərə alaraq, digər müəssisələrin təhlükəsiz şəkildə açıldığı Kiyevdə və ölkənin qərbində bəzi restoranların yenidən açılması üçün mərhələli planı həyata keçirmək qərarına gəldik.

Xatırladaq ki, "McDonald's" mart ayında Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkədə bütün restoranlarını bağlamaq qərarını almışdı.

Məhəmməd Tağıyev

 

 





12.08.2022    çap et  çap et