525.Az

Milli Kitabxanada “12 Avqust Beynəlxalq Gənclər Günü” adlı sərgi təqdim olunub


 

 Milli Kitabxanada “12 Avqust Beynəlxalq Gənclər Günü” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

12 Avqust – Dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi daşıyır.

Hər bir xalq tarixinin ən çətin dövrlərində müqəddəratını, öz xoşbəxt gələcəyi barədə arzularını, inamını, ümidlərini daha çox gənclərə bağlayır. Gənclər ölkəsinin, dövlətinin sülh şəraitində yaşadığı zaman qurucusu, müharibə ilə üzləşəndə isə döyüşçüsü olurlar. Bunun üçün gələcəyini düşünən hər bir ölkə, hər bir xalq gənc nəslin yetişdirilməsinə böyük diqqət göstərir.

525.az xəbər verir ki, beynəlxalq Gənclər Günü münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Avqust – Beynəxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanıb. Sərgidə Beynəlxalq Gənclər Gününün tarixini əks etdirən sənədlər, fotolar, kitab və məqalələr nümayiş olunmuşdur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm  linkindən istifadə edə bilərlər.
 

 





12.08.2022    çap et  çap et