https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
search
19 Aprel 2024

Qasım İsmayılov təkanla qaldırmada Avropa birinciliyinin bürünc mükafatçısı oldu

Qasım İsmayılov təkanla qaldırmada Avropa birinciliyinin bürünc mükafatçısı oldu

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

525.az xəbər verir ki, komandamızdan körpücük üzərinə növbəti olaraq Qasım İsmayılov çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.

Toplam 233 kq (101+132) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, atletlərin mükafatlandırma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibinin müavini Kamal Axundov da iştirak edib. O, təkanla qaldırma hərəkətində uğur qazanan idmançılara medalları təqdim edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.