https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
18 Aprel 2024
17 Aprel 2024

Azərbaycanın 4 boksçusu Avropa birinciliyində mərhələ adlayıb

Azərbaycanın 4 boksçusu Avropa birinciliyində mərhələ adlayıb

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə start verilib.

525.az xəbər verir ki, 28 ölkədən 378 idmançının qatıldığı və 10 gün davam edəcək yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü mübarizəyə başlayıb.

60 kq çəkidə çıxış edən Kənan Aslanlı debüt qarşılaşmasında macarıstanlı Roland Banqonu sınağa çəkib. Aslanlı ilkin mərhələdə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb.

Nicat İmanovun (66 kq) da ilk döyüşü uğurlu alınıb. O, Yurac Tutundziçi (Xorvatiya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı məğlub edib.

Əli Məmişov (70 kq) Avropa birinciliyinə Orestas Staponkusla (Litva) qarşılaşma ilə başlayıb. Boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə sayəsində mərhələ adlayıb.

Əmir Abasov (80 kq) isə Artyom Bedjunovu (Estoniya) mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib – 5:0 (30:26, 30:26, 30:26, 20:27, 30:26).

İlk gündə rinqə çıxan Ömər Quluzadə (75 kq) Kolin Lottnerlə (Almaniya), Məhəmməd Cəfərov (90 kq) Emils Salmsla (Latviya) döyüşüb. Görüş rəqiblərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli Avropa birinciliyinə 22 boksçu ilə yollanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.