IV qrup üzrə 700 bal toplayan Nigar Ağazadə Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin qonağı olub.
525.az xəbər verir ki, bununla bağlı mərkəzin rəhbəri Selcuq Karakılıc öz Feysbuk səhifəsində paylaşım edib. Paylaşımda bu fikirlər yer alıb:
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəbə qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək dərəcəni qazanan Nigar Ağazadə Ankara Universitetinin Tibb fakültəsini seçib.
Yunus Əmrə İnstitutu olaraq müvəffəqiyyətli tələbəmizin Türkiyə təqaüdləri proqramı ilə təhsil almasına və gələcəyin uğurlu həkimi olmasına vasitəçi və dəstək olmaqdan qürur duyuruq. Nigar Ağazadəyə təhsil həyatında uğurlar”.