525.Az

“Laçına, Zabuxa, Susa qayıtmaq bizim üçün böyük sevincdir”


 

“Laçına, Zabuxa, Susa qayıtmaq bizim üçün böyük sevincdir”<b style="color:red"></b>

Laçın rayonundan ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Elbrus Təhməzov ​ Prezident İlham Əliyevə təşəkkür edib.

 Elbrus Təhməzov bildirib ki, o, 12 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin İsmayıllı rayonunun Basqal ​ kəndində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə “Laçın dəhlizi” ilə bağlı məlumatı dinləyərək çox məmnun olub: “Cənab Prezidentə Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilərin həmin kəndlərdən çıxarılacaqları  və keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə Laçına, Zabuxa, Susa qayıdaraq öz ata-baba yurdlarında məskunlaşacaqları barədə çox qəti fikirlərinə görə öz adımdan və rayonun tanınmış ağsaqqalı kimi bütün Laçınlılar adından dərin minnətdarlığımı  və təşəkkürlərimi bildirirəm.

“Sizin "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqinkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" fikirləriniz Laçın camaatı, xüsusən də rayonun Sus, Zabux kəndlərinin sakinləri tərəfindən böyük sevinclə qarşılandı. Nəhayət , 30 illik həsrətdən sonra sözügedən kəndlərin sakinləri də öz doğma yurd-yuvalarına qovuşacaqlar. Siz bizləri indi öz doğma ata-baba yurdumuza, Laçınımıza qaytarırsınız! Sizin liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində laçınlıların​ taleyində yeni bir dövr başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Doğma yurdumuzu bizə  qaytardığınıza görə Laçının yüz minlərlə sakini adından Sizə​ əbədi minnətdarlığımızı bildiririk.

Son zamanlar adı çox hallanan Laçının Zabux kəndi işğaladək 150 –yədək evdən ibarət idi. Əhalisi  əsasən heyvandarlıq, əkinçilik-meyvəçilik və bostançılıqla məşğul olan zəhmətkeş insanlar olub. ​ Kənddə heç vaxt bir nəfər də olsun erməni yaşamamışdır. Ermənistanın Tex  kəndi ilə yaxın məsafədə olduqlarından onlarla sıx münasibətdə olmuş, ehtiyacı olan ermənilər Zabuxa gəlib təmənnasız yardımlardan  istifadə etmişlər. Bu münasibətlərdən yararlanaraq münaqişənin qızğın dövrləri olan 1988-1992-ci illərdə də çalışmışlar ki, bir-birinə ziyanlıq verməsinlər. Zabuxda xaricdən gətirilib, qeyri-qanuni məskunlaşdırılan ermənilər bölgəyə tamamilə yad insanlardır və onların hay-küyü başa düşülən deyil.

Zabuxa yerli sakinlərin geri qayıtmasının həm də Ağoğlan çayı boyunca Minkənd zonasında yerləşən kəndlərin sosial-iqtisadi inkişafı və bərpası istiqamətində böyük işlərin başlanğıcı olacağına inanırıq”

 





13.08.2022    çap et  çap et