525.Az

"Mercedes" 10 min avtomobilini geri çağırıb


 

"Mercedes" 10 min avtomobilini geri çağırıb<b style="color:red"></b>

Alman avtomobil markası "Mercedes-Benz" Çindən idxal etdiyi 10 mindən çox avtomobili təhlükəsizlik baxımından geri çağırıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mercedes"in Çin Dövlət Bazarını Tənzimləmə Administrasiyasına təqdim etdiyi gerigötürmə 28 oktyabr 2018-ci il və 8 noyabr 2021-ci il tarixləri arasında istehsal edilmiş 11 ədəd "212 GLE" və "GLS", həmçinin, 3 sentyabr 2021-ci il və 2 noyabr 25 noyabr tarixləri arasında istehsal edilmiş "660 EQS" avtomobillərini əhatə edir. Şirkət avqustun 15-dən sözügedən "GLE" və "GLS" modellərini geri çağırmağa başlayacaq və bildirib ki, bu avtomobillərin akkumulyatorlarının torpaq naqili düzgün işləməyə bilər ki, bu da yanğın riskinə atrtırır. "Mercedes EQS" model avtomobillərin geri çağırılması isə sentyabrın 1-dən başlayacaq. "EQS" markalı avtomobillərin ön və arxa bamperlərindəki yedək kliplərindəki vint dişləri texniki şərtlərə uyğun gəlməyə bilər ki, bu da təhlükəsizlik risklərini artırır.

Qeyd edək ki, "Mercedes-Benz" rəsmiləri qüsurlu hissələri pulsuz yoxlayacağına, düzəldəcəyinə və dəyişdirəcəyinə söz verib. 

Məhəmməd Tağıyev

 





14.08.2022    çap et  çap et