|
|
|
|
Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Əbu Sifin" kilsəsində baş verən yanğında 45 nəfərin yaralandığı da açıqlanıb. Bu barədə "Reuters" agentliyinə danışan təhlükəsizlik rəsmiləri məlumat veriblər.
Mərasim zamanı yanğının generatorun partlaması səbəbindən başladığı ifadə edilərkən, ölənlərin sayının artacağından ehtiyat edilir. Yerli mətbuatın yazdığına görə, uşaq bağçasının da olduğu kilsədə həyatını itirənlərin çoxu uşaqlar olub.
Məhəmməd Tağıyev