525.Az

Ermənistanda hərbçi naməlum səbəbdən ölüb


 

Ermənistanda hərbçi naməlum səbəbdən ölüb<b style="color:red"></b>

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi, 41 yaşlı Manvel Myasnikoviç Tadevosyan ölüb.

525.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 14-də saat 15:20 radələrində hərbi qulluqçunun vəziyyəti kəskin pisləşib. Həkimlər ona dərhal lazımi köməklik göstərsələr də onu xilas etmək mümkün olmayıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə nazirlikdən bildirilib.

 





14.08.2022    çap et  çap et