525.Az

İtə ataram, yada satmaram... - Göyərçin Kərimi yazır


 

İtə ataram, yada satmaram... - <b style="color:red"> Göyərçin Kərimi yazır</b>

– Itə ataram, yada satmaram. – Sona arxasını ingilisə və tacirə çevirib oradan uzaqlaşdı.Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları bu qeyrətli ananı yola salırdı.

“Bir gəncin manifesti”ndən

 

İnsan hər yerdə insandır, bayraq hər yerdə bayraqdır, toxulmazlıq hüququ hər yerdə eynidir. Ən əsası da budur ki, günahkar xalq yoxdur. Dinc şəraitdə bayrağın salınması xuliqanlıq əməli sayılır və belə bir aktın həyata keçirilməsi yerləşmə dövlətinin nəzarət mexanizminin zəifliyinə dəlalət edir.

Əgər iki dövlət işğaldan azad etmək və yaxud işğal məqsədilə bir-birilə müharibə aparırsa, müvafiq ərazilərdə qarşı tərəfə məxsus bayrağın endirilməsi labüddür. Digər tərəfdən həmin bayraq, hətta işğal xarakterli qələbələrdə də bir-iki saatlıq endirilmir, başqa sözlə, bayraq, ya endirilir, ya da endirilmir. Bu səbəbdən Birləşmiş Krallıqda Azərbaycan bayrağının “endirilməsi” cəhdi nə qələbədən xəbər verir, nə də məğlubiyyətdən. Adama belə gəlir ki, azyaşlı uşaqlar tamaşa qurublar. Oyunçular öz ürəklərinin rəngilə divarlara nəsə cızır, həqiqi bayrağı cırıır, niyyətlərini arxasında gizlətdikləri təmsilçi parçadan istifadə edərək özlərini birtətərli döyüşün qalibləri kimi aparırlar. Tamaşanın rejissoru səhnəni kənardan izləyir.

Diplomatik əlaqələr haqqında Vyana konvensiyasının maddəsi pozulur. Bəs bu maddəni pozanlar kimdir? Oyunçular, rejissor, yoxsa yerləşmə dövləti? Hər halda Abbasqulubəy demişkən, evin kişisini soruşarlar. Evin kişisi yerində olsa, ailə üzvlərinin nizam-intizamı və nizam-intizama sadiqliyi də yerində olar.   

Bütün dünya bilir ki, bilməyənlərə təkrar deyirəm, Azərbaycan müsəlman ölkəsi olsa da, islam qanunları ilə idarə olunmur. Böyük Sovetlər dönəmində istənilən islami mərasim qadağan olunmuşdu, amma heç kim dinindən, dini adət-ənənələrindən uzaq düşmədi. Ona görə ki, qanla gələn, canla çıxar. Biz bu dini hökümətdən deyil, valideynlərimizdən irs olaraq almışıq və nə qədər ki, valideyn-övlad münasibətləri yaşayacaq, müsəlman olaraq yolumuza davam edəcəyik.

Müstəqil Azərbaycan höküməti Sovet İttifaqının bağladığı məscidləri, nəinki təmir edib insanların üzünə açdı, hətta saysız-hesabsız məscidlərin tikilib xalqın ixtiyarına veilməsinə şərait yaratdı. Həm Sovet, həm də müstəqil Azərbaycan Dövlətinin vətəndaşı olaraq deyirəm ki, bu gün mənim ölkəmdə heç bir dini mərasimə qadağa statusu verilməyib. Əgər qadağan olunan nəsə varsa, bu dövlətin ictimai, siyasi maraqlarının ziddinə yönəlmiş bir prosesdir.    

Hər bir hökümət başqa bir hökümətin yürütdüyü siyasətlə razılaşmaya, onu tənqid edə bilər, amma günün günorta çağı özünə aid olmayan məkana icazəsiz soxulmaq quldurluqdur, həm də Azərbaycan xalqının heysiyyətinə toxunmaq quldurluğu.   

Yezid İmam Hüseyni öldürdü. Min ildir ki, hər Aşurada imamı təkrar-təkrar öldürürlər ki, zülmə boyun əyməməyin simvolik təzahürünü yaratsınlar və Yezidin qatil olduğunu yeni-yeni nəsillərə çatdırsınlar. Bu tədbir Hüseyn Əli oğluna xeyir, yaxud Yəzidə zərər vermir, amma      imamın davamçılarına bir amal ətrafında birləşmək qətiyyəti aşılayır.

İngiltərədə Azərbaycan səfirliyinə təşkil edilmiş hücum, bayrağın endirilməsi cəhdi də eynən şəbehə bənzəyir. Amma məsələ bir az fərqlidir. Çünki bu oyunçuların əməlləri məntiqsiz və anlaşılmaz görünür. Ona görə ki, həqiqətə uyğun olmayan, ümumiyyətlə, baş tutmayan “hadisə”ni – yalanı səhnəyə çıxarıblar. Yalanı isə nə qədər lazımdır geyindirmək olar, soyundurmaq, əsla, mümkün deyil!  

Bu hadisəyə Azərbaycanda kök salmış çağrılmış, ya çağrılmamış qonaqların gördüklərini  həzm edə bilməmək sancısı da səbəb ola bilər.

 





15.08.2022    çap et  çap et