525.Az

AYB-nin XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub


 

AYB-nin XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub. Kitaba nəsr (məruzəçi Elçin Hüseynbəyli), poeziya (İbrahim İlyaslı), dramaturgiya (Firuz Mustafa), ədəbi-tənqid (Əsəd Cahangir), publisistika (Azər Turan), tərcümə (Səlim Babullaoğlu), uşaq ədəbiyyatı (Qəşəm Nəcəfzadə), Güney Azərbaycan ədəbiyyatı (Sayman Aruz), Türk dünyası ədəbiyyatı (Əkbər Qoşalı), gənclərin yaradıcılığı (Fərid Hüseyn), AYB-nin bölgə ədəbiyyatının vəziyyətilə (İlqar Fəhmi) bağlı on bir məruzə daxildir. Kitabda toplanmış məruzələr ədəbiyyatşünaslar və ədəbiyyat nəzəriyyəsi, tarixi üçün ciddi mənbə hesab olunur.

525.az xəbər verir ki, nəşrin tərtibçisi və redaktoru AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

AYB-nin XIII qurultayının payız aylarında keçirilməsi nəzərdə tutulur.

 

 





15.08.2022    çap et  çap et