https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
23 Aprel 2024

Tanınmış idmançımız Hüseyn Əliyev “Fury FC 67” turnirinin çempionu olub

Tanınmış idmançımız Hüseyn Əliyev “Fury FC 67” turnirinin çempionu olub

Qarışıq döyüş növündə mübarizə aparan idmançımız Hüseyn Əliyev ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “Fury FC 67” döyüş çempionatının qalibi olub.

“Escapade” arenasında baş tutan turnirdə 32 yaşlı soydaşımız amerikalı idmançı Neyt Ricardsonla qarşılaşıb və rəqibinin üzərində mühüm qələbə qazanıb. Döyüş zamanı idmançımıza azarkeş dəstəyi göstərən Hyustondakı diaspor üzvlərimiz bu qalibiyyəti böyük sevinc və çoşğu ilə qarşılayıblar.

Hüseyn Əliyev döyüş öncəsi hazırlığı “American Kickboxing Academy” (AKA) zalında keçirib. Hazırlıq müddətində baş məşqçisi Xavyer Mendes  və Həbib Nurməhəmmədovla birgə məşq edib.

Xatırladaq ki, Hüseyn Əliyev 2019-cu ildən ABŞ-da yaşayır.  Hazırda 67 kq çəkidə mübarizə aparan idmançımız indiyədək 18 oyun keçirib və 13-də qələbəyə nail olub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi idmançımızın ABŞ-dakı fəaliyyətini diqqətlə izləyir və beynəlxalq turnirlərdə Azərbaycanı müvəffəqiyyətlə təmsil edən soydaşımıza hər zaman dəstək göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsi idmançımızı mühüm qələbə münasibətilə təbrik edir və gələcək yarışlarda davamlı uğurlar qazanmağı arzulayır. 

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.