525.Az

Azərbaycan XİN Misirə başsağlığı verib


 

Azərbaycan XİN Misirə başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çoxlu sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

 

 





15.08.2022    çap et  çap et