525.Az

Xaçmazda meşə massivində yanğın başlayıb


 

Xaçmazda meşə massivində yanğın başlayıb<b style="color:red"></b>

Xaçmaz rayonunda yanğın baş verib.

525.az-ın verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində qeydə alınıb.

Hadisə təxminən 6 hektar ərazidə biçilmiş taxıl sahəsi və meşə təsərrüfatına aid ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 





16.08.2022    çap et  çap et