525.Az

Hər iki nəfərdən biri xərçəng ola bilər


 

Hər iki nəfərdən biri xərçəng ola bilər<b style="color:red"></b>

Yaxın 5 ildə dünyanı “xərçəng” təhlükəsi gözləyir.

525.az-ın Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, bu haqda türkiyəli professor Ərkan Topuz məlumat verib. Həkim müharibələrin davam etdiyi bir dünyanın bundan da dəhşətli günlər görəcəyini söyləyərək 5 ilə hər iki nəfərdən birinin xərçəng olacağı haqda proqnoz verib.

Ərkan Topuz orqanlarını dəyişən insanların gələcəkdə daha böyük təhlükələrlə qarşılaşacağını da qeyd edib. Uşaqların ay ərzində 12 sosiska yeməsinin xroniki infeksion xəstəlik olan lösemi xəstəliyinə səbəb olduğunu deyən professor hər kəsi çiy ətdən hazırlanan bu tip qida məhsullarından istifadə etməməyə çağırıb.

Həkim şəkərli məmulatların üzərinə də siqaretdə olduğu kimi “zərəlidir” sözünün yazılmasını məsləhət görüb: “Xərçəngin yaranmasına əsas səbəb şəkərli məmulatlardır”. Professor Ərkan Topuz insan orqanizminin zərəli qidalarla mübarizə aparması üçün bir sıra məsləhətlər verərək onlara balıq məhsullarını, meyvə və yoqurtların qəbul edilməsini tövsiyə edib.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et