525.Az

«Xəzər» jurnalın yeni sayı nəşr olunub


 

«Xəzər» jurnalın yeni sayı nəşr olunub<b style="color:red"></b>

"Xəzər" dünya ədəbiyyatı jurnalın növbəti sayı nəşr olunub.

525.az xəbər verir ki, bu dəfə də "Xəzər" bir-birindən maraqlı materiallar və tərcümə mətnləri ilə oxucuların görüşünə gəlir. Jurnalın bu sayında aşagıdakı materiallarla tanış ola bilərsiniz:

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Musa Yaqubun şeirləri;

“HEKAYƏ” rubrikasında – Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi;

“SLOVAKİYA ƏDƏBİYYATI” rubrikasında – Peter Yaroşun “Ceviz”, “Ay bədirlənəndən sonra” hekayələri;

“POLYAK POEZİYASI” rubrikasında – Vislava Şimborskanın şeirləri;

“TÜRK DÜNYASI” rubrikasında – Timur Pulatovun “Mülk” hekayəsi;

“GÜNDƏLİK” rubrikasında – Virciniya Vulfun gündəlikləri;

“MEMUAR” rubrikasında – Vladimir Mayakovskinin məktubları;

“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanı;

“ÇAĞDAŞ RUS ƏDƏBİYYATI” rubrikasında – Vladimir  Sorokinin “Snayperin səhəri”, “Ov mövsümünün açılışı”, “Ağ gözlü qara at” hekayələri;

“TEATR” rubrikasında – Harold Pinterin “Mətbəx lifti” pyesi.

 

 





16.08.2022    çap et  çap et