https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg "Əziz dost" haqqında söz - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-10/285761_y8sfr58ofm.jpg "Teatr sənətinin inkişafı həm də milli mədəniyyətin inkişafı deməkdir"
https://525.az/img/pics/medium/2023-10/285762_xo02r5oejb.jpg "İki gənc kəndçi qadın" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-10/285753_o5w3du1i12.jpg Vətəndən pay olmaz
search
5 Oktyabr 2023
4 Oktyabr 2023

Gənc soydaşımız nüfuzlu şahmat turnirinin birincisi olub

Gənc soydaşımız nüfuzlu şahmat turnirinin birincisi olub

Rumıniyada keçirilən “ARAD Open–2022” XV beynəlxalq şahmat turnirində Trinidad və Tobaqo Respublikasını təmsil edən soydaşımız Alan-Safar Ramutar qələbə qazanıb.

525.az xəbər verir ki, turnirə qalibiyyətlə başlayan istedadlı şahmatçı ilk oyununda rumıniyalı rəqibini məğlub edib. Isveçrə formatında 9 raunddan ibarət turnir boyu liderlər sırasında yer alaraq yarışda birinci yeri tutub. 

Alan-Safar Ramutar 2003-cü ildə Tobaqo və Trinidad Respublikasında anadan olub. O uzun illərdir Tobaqo və Trinidad Respublikasında yaşayan azərbaycanlı yazıçı Emiliya Əhmədovanın oğludur. 12 yaşından şahmat oynamağa başlayan soydaşımız hazırda beynəlxalq qrossmeyster kimi Dünya Şahmat Federasiyasının (FİDE) Trinidad və Tobaqo Respublikası üzrə reytinq cədvəlinə başçılıq edir. 

Diasporla İş üzrə Dövlət Komitəsi nüfuzlu turnirdə qələbə qazanması münasibətilə Alan-Safar Ramutarı və valideynlərini təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayır.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.