Avropada rekord həddə çatan isti temperatur davam edir. Çayları qurudan və məhsullara zərər verən quraqlıq insanların həyat fəaliyyətinə də təsir edir.
525.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər bildirirlər ki, hazırda Avropada baş verən quraqlıq nəqliyyat, enerji və qida istehsalında ciddi neqativlərə səbəb olur.
Qeyd edək ki, Qərbi, Mərkəzi və Cənubi Avropada demək olar ki, iki aya yaxındır gur yağış yağmır. Bu səbəbdən də meteoroloqlar qeyd edirlər ki, qitədəki quraqlıq son 500 ildən çox müddət ərzində müşahidə olunan ən şiddətli səviyyəyə çatmış ola bilər.
Əntiqə Kərimzadə